Azərbaycan Ordusunun ən yaxşı tank bölüyü... - VİDEO

img

04-04-2019 [13:54]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda "Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA