Bakıda özünü 3-cü mərtəbədən atan şagirdlə bağlı açıqlama: "Ayağında sınıq var..."

img

04-04-2019 [13:44]


Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

"Report” xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.H. təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

***

162 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb: "İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA