Bakıda bu yollarda hərəkət məhdudlaşacaq - Xəbərdarlıq

img

04-04-2019 [13:02]


Aparılan təmir işləri ilə əlaqədar olaraq 4 apreldən 5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Mia.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-ii axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA