04-04-2019 [11:27]
Prezident İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
***
Dövlət başçısı Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin ildən-ilə yüksəldiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib. Dövlət başçısı müxtəlif istiqamətlərdə, o cümlədən sənaye sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasının önəmini vurğulayıb və bu sahədə artıq yaxşı nəticələrin əldə olunduğunu deyib. Dövlət başçısı Rusiya şirkətlərinin Azərbaycanda fəal işlədiklərini və bu şirkətlərin həm investor, həm də podratçı qismində müxtəlif layihələri icra etdiklərini qeyd edib. Prezident İlham Əliyev maşınqayırma sahəsində də birgə layihələrin olmasından məmnunluğunu ifadə edib, Rusiya banklarının Azərbaycanda iri sənaye müəssisələrini maliyyələşdirməsinin əhəmiyyətini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən nazir Denis Manturov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
O, Azərbaycanda Rusiya ilə birgə şirkətlərin fəaliyyət göstərməsinin və ümumi layihələrin həyata keçirilməsinin iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaratdığını vurğulayıb. Denis Manturov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ötən ilin sentyabrında Rusiya Federasiyasına səfəri zamanı dövlət başçılarının müəyyənləşdirdiyi kimi iqtisadi əməkdaşlığın konkret sahələrinin inkişafı ilə bağlı fəal iş həyata keçirilir və yeni sahələr, o cümlədən rəqəmsallaşdırma üzrə perspektivlər müzakirə edilir. Denis Manturov iqtisadi əməkdaşlığın inkişafında kibertəhlükəsizliyin önəmini xüsusilə vurğulayıb. Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun əhəmiyyətinə toxunan rusiyalı nazir Forumda 60-dan artıq Rusiya şirkətinin iştirak etdiyini vurğulayaraq tədbirdə Azərbaycan şirkətləri ilə işgüzar müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib/Azərtac.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi