2 mindən 10 minədək... - “Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlandı

img

04-04-2019 [10:02]


İqtisadiyyat Nazirliyinin Kollegiyası "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib. 

Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək.

Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA