"Bu, mənim namus borcumdur" - Binəli Yıldırımdan xəbərdarlıq

img

03-04-2019 [20:36]


İstanbul bələdiyyəsinə keçirilmiş seçkilər böyük gərginliyə yol açıb.

Mia.az bildirir ki, YSK-nın bugünkü qərarı ilə daha 19 rayonda səslər yenidən sayılmağa başlanılıb.

Səslərin təkrar sayılması və İmamoğlunun açıqlamalarına az əvvəl Binəli Yıldırım reaksiya verib.

Mia.az bildirir ki, Yıldırım seçkinin patronunun YSK olduğunu deyib: "Bəli, seçimin patronu YSK-dır. İmamoğlu bunu bilməlidir. Səbrsizlik edir, onun bu hərəkətlərini şiddətlə qınayıram".

Binəli Yıldırm seçicilərin səsini qorumaqda qərarlı olduğunu bəyan edib: "Seçicilərin səsinin doğru ünvana getməsini ortaya çıxarmaq mənim namus borcumdur. Kimsənin bu millətin əsəblərini pozmağa haqqı yoxdur. Bu millət siyasətdə bir-birinə rəqib ola bilər, ancaq buranı Venesuela kimi havaya soxmaq istəyənlərə qarşı bir yumruq olar. Kimsə küçələri hərəkətləndirməyə cəhd etməsin".

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA