"ASAN Xidmət" mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır"

img

03-04-2019 [18:01]


"ASAN Xidmət" mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, "ASAN Xidmət" mərkəzlərində bəzi şəhid ailələrinin üzvləri də müxtəlif işlərlə təmin olunub: "Bu da o deməkdir ki, dövlətin şəhid ailələrinə və qazilərə dəstəyi göz qabağındadır. Biz işlə bağlı məsələlərdə şəhid ailələrinə üstünlük veririk".

"Aprel döyüşləri Qarabağda dönüş yaratmış bir zəfərdir. Bu zəfərin nəticəsində nəinki ərazilərimizin müəyyən bir hissəsi azad olundu, hətta bütün beynəlxalq təşkilatlara bu işğalla barışmayacağımızı, işğalı qəbul etməyəcəyimizi və lazım gələrsə öz hərbi gücümüzlə torpaqlarımızı işğaldan zad edəcəyimizə hazır olduğumuzu sübut etmiş olduq" - deyə, Agentlik sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA