Yol polisi eyni anda 3 qayda pozdu - VİDEO

img

03-04-2019 [16:03]


Mart ayının 21-i saat 14:10 radələrində paytaxtın Hüseyn Cavid prospektində qaydaları kobud şəkildə pozan yol patrul xidməti əməkdaşı kameraya düşüb.

MIA.az Avtosfer.az-a istinadənxəbər verir ki, sayrışan işıqları yandırmadan, arxa stop işıqlarının biri işləmədən hərəkət edən 99 YP 284 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü olan yol polisi əməkdaşı qoşa xəttin tələbini pozaraq əks yola çıxır və geriyə dönmə edir. Bu zaman dönmə işıqlarını da yandırmır.

Həmçinin arxa stop işığı da işləmədiyi üçün bu qəfil dönmə hərəkəti digər sürücünü çaşdırır. Qəfil əyləc istifadə etməyə məcbur olur. Surətin aşağı olması və sürücünün vaxtında tərpənməsi qəzanın qarşısını alır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA