FHN-dən "Diqlas"ın rəhbərinə belə cavab gəldi: "Müzakirə etməyə dəyməz"

img

03-04-2019 [15:47]


Fövqəladə Hallar Nazirliyi (FHN) "Diqlas” ticarət mərkəzinin direktor müavini Araz Rəhimovun ittihamlarına münasibət bildirib.

FHN-in Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı "Report”a açıqlamasında deyib ki, ticarət mərkəzinin nümayəndəsinin Nazirlik haqqında səsləndirdiyi fikir cəfəngiyatdır.

O vurğulayıb ki, "Diqlas” ticarət mərkəzində təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyinə və Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər edilib: "Sözügedən ittihamları, ümumiyyətlə, müzakirə etməyə dəyməz. Araz Rəhimovun səsləndirdiyi fikirlər absurddur və cəfəngiyatdan başqa bir şey deyil”.

Qeyd edək ki, "Diqlas”ın direktor müavini Araz Rəhimov ticarət mərkəzinin təhlükəsizlik qaydalarına əməl etmədən fəaliyyət göstərdiyinə icazə verdiyi üçün FHN-i ittiham edib. Bununla yanaşı, A.Rəhimov FHN tərəfindən hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edildiyini, onlara bir ədədi 50 manatdan ödsöndürən satıldığını və yanğınsöndürənlərin yanğına laqeyd yanaşdığını bildirib. ”Diqlas” rəsmisi bütün bunların müşahidə kameralarında lentə alındığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA