02-04-2019 [19:43]
Bəzi yaşayış obyektlərinin ətrafında əxlaqsızlıq təbliğ olunur və getdikcə adi hal alır.
Bu sözləri sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, cəmiyyəti bir neçə gündür narahat edən bəzi əxlaqsız videoların yayılması təsadüfü deyil: "Hər şey cəmiyyətin mövcud yaşam tərzinin bu və ya digər formada təzahürüdür. Biz nə vaxt əxlaqsızlıq yuvalarına, pritonlara qarşı geniş mübarizə apardıq ki, indiki nəticədən də təəccüblənək?”
Politoloq qeyd edib ki, son bir neçə ildə bu "biznes” sürətlə inkişaf edir: "Mənim yaşadığım S.Rəhimov küçəsi bina 189-da da bu səpkili obyektlər fəaliyyət göstərir. Sözsüz ki, bu obyektlər gənclərə, uşaqlara neqativ təsir edir. Biz burada yaşamırıq, zülm çəkirik. Bizim yaşadığımız binanın altında ən azı 12 əxlaqsızlıq yuvası fəaliyyət göstərir. MİS-in sənədlərində S.Rəhimov küçəsi bina 189 kimi qeyd edilsə də, bu obyektlər R.Behbudov 98 və R.Behbudov 100 ünvanlarında yerləşir. Bu ərazilərdəki binaların zirzəmiləri bu cür yerlərlə doludur. Əvvəllər bu yerlər "masaj salonu” adı ilə fəaliyyət göstərsə də, artıq daha açıq şəkildə priton kimi çalışdığını gizlətmirlər. Bu yerləri işlədən şəxs Beyləqan rayonundandır və keçmiş gömrük işçisidir. Əvvəllər burada yerləşən bütün obyektlər onun olsa da, artıq bir qismini satıb. Obyektlər həmin şəxsin bibisi oğlunun adına qeydiyyatdan keçirilib. Burada əsas işi görənlərdən biri də çeçen qadındır. Onu bu obyektlərin "mamaroza”sı kimi tanıyırlar”.
Q.Hüseynlinin sözlərinə görə, həmin ərazidə artıq bu cür obyektlərin sayı artmaqdadır: "Belə ki, bu yerlərin yaxşı qazandığını görən ətraf obyektlər də artıq bu cür fəaliyyət yolunu seçirlər. Həmin ərazidə Maştağalı Hacı kimi tanınan biri öz çayxanasını dəyişərək bu cür fəaliyyətə başlayıb.
Digər tərəfdən, həmin yerin yanında yerləşən bir kafe var idi. Kafenin də artıq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi deyilir. Bir sözlə, ətraf obyektlərin hamısının suyu bir-birinin üzərinə sıçrayıb. Maraqlısı budur ki, buradakı MİS də həmin əxlaqsızlıq yuvalarının birinin yaxınlığında yerləşir, ancaq onların fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir addım atmır”.
Q.Hüseynli vurğulayıb ki, sözügedən şəxsin obyektləri təkcə onların binasının altında deyil: "Onun Təzə bazar tərəflərdə də 20-yə qədər belə obyektinin olması deyilir. Təxminən 1 ay bundan öncə həmin obyektlərdə yoxlama oldu və qapadıldı. İndi yenə hər şey "nizama” düşüb, onlar əvvəlki kimi "çalışırlar”. Biz bina sakinləri olaraq bu barədə rəsmi qurumlara da müraciət etdik. Ümid edirəm ki, qısa müddətdə tədbirlər görülər.
Burada hansı qonşuya yaxınlaşsanız, bu problemi deyəcəklər. Açığı, mən həmin şəxsin özü ilə də bu barədə danışmışam. O, artıq məni görəndə bu işlə məşğul olmadığını bildirir”.
Axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi