"Diqlas"dakı sahibkarlar ticarət obyektləri ilə təmin olundu

img

02-04-2019 [19:25]


İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə "Aygün” və "Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən "Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA