Azərbaycan Ordusunun Naxçıvanda keçirilən növbəti kursları başa çatıb

img

02-04-2019 [12:36]


Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə oxunduqdan sonra müvafiq kurslar üzrə yüksək nəticə göstərən məzunlara sertifikat və qiymətli hədiyyələr, digər məzunlara isə sertifikatlar təqdim edilib. 

Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub. Yeni xidmət yerlərinə yollanacaq məzunlar tribuna önündən təntənəli keçid ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA