Komandirlərin müavinləri ilə metodiki toplantı keçirilib

img

02-04-2019 [10:42]


Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir müavini general-leytenant Kərim Vəliyev ötən ildə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil olunduğunu qeyd edərək bildirib ki, bu fəaliyyətlər Müdafiə nazirinin tələblərinə əsasən daim diqqət mərkəzində olmalıdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev də 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər, eləcə də 2019-cu tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Ordusunda ideoloji işin təşkili, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin vəzifələri, dövlət sirrinin qorunması, hərbi xidmət təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin artırılması, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və psixoloji əməliyyatlar mövzularında məruzələr dinlənilib.

Sonda zabit heyətinə müvafiq tövsiyələr verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA