Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub

img

01-04-2019 [23:47]


Gürcüstanın Tsalka rayonunun Bareti kəndində azərbaycanlılar və gürcülər arasında kütləvi dava baş verib.

Bu barədə "Rustavi 2” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı və yerli svanlardan ibarət iki qrup gənc arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi müxtəlif versiyalar irəli sürülüb. Qarşıdurmaya səbəb iki ay öncə dini zəmində baş vermiş mübahisə göstərilsə də, bəzi kənd sakinləri buna siqaretin səbəb olduğunu bildiriblər.

Polis bir neçə gündür Bareti kəndində 24 saat rejimdə ictimai asayişi qoruyur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA