İlham Əliyev Ərdoğana zəng etdi - Seçki ilə bağlı

img

31-03-2019 [23:09]


Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklik ifadə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA