Ərdoğanın partiyası paytaxt və İstanbulda uduzdu - Yıldırım 16 saat sonra bəyanatını geri oxudu

img

01-04-2019 [17:03]


Gecə saatlarında "İstanbulda nəticələr tam açıqlandı və mən qazandım" deyə bəyanat verən Binəli Yıldırım tam 16 saat sonra geri çəkilib.

Mia.az bildirir ki, az əvvəl o, açıqlama verərək, İstanbulda səslərin sayımının davam etdiyini deyib: "Hazırkı nəticələrə görə, Əkrəm İmamoğlu məndən 25 min səs qabaqdadır".

Xatırladaq ki, İstanbulda CHP-li Əkrəm İmamoğlu Binəli Yıldırmı 25791 səs qabaqladığını bəyan edib.

Beləliklə, 31 mart seçkilərində prezident Ərdoğanın liderlik etdiyi AKP  paytaxt Ankara ilə yanaşı, İstanbulda da uduzub. Bu iki böyük şəhərdə, xüsusi ilə Türkiyənin qəlbi sayılan İstanbulda uduzmaq isə AK iqtidarına gələcək seçkilərdə problem yaradacağı şəksizdir.  

***

Son məlumata görə, Ankarada CHP, İstanbulda AKP qazanıb.

Mia.az xəbər verir ki, bu dəqiqələrdə Binəli Yıldırım jurnalistlərin qarşısına çıxaraq, İstanbulda bütün məntəqələrin səslərin sayıldığını bildirib.

O, alınan nəticəyə görə, qələbə qazandığını bəyan edib.

***

 Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanıb.

Mia.az xəbər verir ki, indiyə qədər səslərin 100 faizi sayılıb.

Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 51,62 faiz səslə öndədir.

Millət İttifaqı (CHP-İYİ) isə 37,560  faiz səslə Cümhur İttifaqını təqib edir.

"Cumhur" Trabzon, Konya, Sivas, Ərzrum, Şanlıurfa, Ağrı, Ordu, Malatiya, Dənizli və digər şəhərlərdə üstün olub.

Ərdoğan iqtidarına ən böyük zərbə isə İstanbulda baş verib. Belə ki, sabiq spiker və baş nazir Binəli Yıldırımın namizədliyi ilə seçkiyə qatılan AKP-MHP ittifaqı Türkiyənin qəlbi olan İstanbulda uduzub.. Səslərə görə, İstanbulda CHP-li Əkrəm İmamoğlu isə 48.79 faiz səs toplayıb, Binəli Yıldırım isə cüzi fərqlə (48.51 faiz) CHP-li rəqibinə məğlub olub. 

Qeyd edək ki, oxşar vəziyyət paytaxt Ankarada da yaşanıb. Belə ki, Ankarada CHP-li Mənsur Yavaş (50.54) AKP-li Mehmet Özhaseki ilə (47.27) yarışdan inamlı qələbə ilə ayrılıb.

"Millət"in CHP-li namizədi Tunç Soyer İzmirdə mütləq üstünlüklə - təxminən 58 faiz səslə öndədir. Hazırkı nəticələrə görə, CHP İzmirlə yanaşı, Eskişhər, Antalya, Adana, Yalova, Ədirnə, Təkirdağ, Artvin, Aydın, Muğla və digər bir neçə iri şəhərlərdə də mütləq qələbə qazanıb.

MHP isə Ərzincan, Karabük, Kastamonu, Balıkesir, Manisa, Kutahya, Amasiya, Karaman, Çorum və Bayburtda qələbə qazanır.

HDP isə Diyarbəkir, Batman, Hakkari, mardin, Siirt, İğdır, Kars və Vanda mütləq qələbə qazanırlar.

Partiyalar üzrə ümumi nəticə belədir:

1. AKP - 44,31 %

2. CHP - 30,11%

3. İYİ Partiyası - 7.45%

4. MHP - 7.31%

5. HDP - 4.24%

6. Səadət Partiyası - 2,71%


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA