Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - Soyqırımın 101 illiyi ilə bağlı

img

31-03-2019 [17:21]


1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.

Soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA