Əli Əhmədov: "Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir"

img

30-03-2019 [20:21]


"31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımın anım günüdür. Bu qəbilədən olan vəhşilik və qətliamlar erməni millətçiləri tərəfindən dəfələrlə törədilməsinə baxmayaraq, "mədəni” Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir. Beləcə olaraq, yüz ildən çoxdur ki, "ikili standartlar” yaranıb və bu gün də tətbiq edilir. Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olmasına, həmvətənlərimizin öz yurd-yuvasına dönməsinə, sadəcə ədalətin bərpa olunmasına da məhz həmin ikili standartlar mane olur”.

Mia.az xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. 

Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində bildirir: "Azərbaycan xalqı soyqırım qurbanlarını daim anaraq tarixi yaddaşını qoruyub saxlayır, ədalətin bərpa olunacağına, soyqırımlarına layiqli siyasi və hüquqi qiymət veriləcəyinə inamını heç zaman itirməyib. Heç bir beynəlxalq təşkilat bunu etməsə də, qüdrətli Azərbaycan dövləti özünün tarix və xalqımız qarşısındakı müqəddəs borcunu yerinə yetirəcək.

Tariximizi və müsibətlərimizi unutmamalıyıq. Qələbənin yolu birlikdən, həmrəylikdən, müqəddəs vəzifələr naminə dövlətimizin ətrafında sıx birləşməkdən keçir.

Hamımızı birliyə, həmrəyliyə, dövlətimizin qüdrətinin daha da artması və torpaqlarımızın geri qaytarılması naminə mübariz olmağa çağırıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA