Gömrük ekspertizası ilə bağlı dəyişiklik - Baş nazir qərar verdi

img

30-03-2019 [10:31]


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.

Qərarı Muxtar Respublikanın Baş naziri Əlövsət Baxşıyev imzalayıb. Qərar Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilən "Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 1 mart tarixli 72 nömrəli qərarına uyğun olaraq imzalanıb.

Qərara əsasən, ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA