ATƏT-dən Əliyev-Paşinyan görüşü ilə bağlı bəyanat: "Konkret və hiss olunan addımların qəbulu..."

img

29-03-2019 [23:43]


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.

Mia.az xəbər verir ki, görüşlə bağlı ATƏT bəyanat yayıb.

Bəyanatda bildirilir ki, görüşdə həmçinin iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib:

"Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib. Onlar əsasən nizamasalma prosesinin əsas məsələləri üzrə fikirlər və ideyalar ətrafında fikir mübadiləsi aparıblar. 

Hər iki lider sülhə imkan yaradan vəziyyətin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA