Əliyev-Paşinyan görüşü haqda həmsədrdən açıqlama: "Görüş uzun, məzmunlu, səmərəli keçib"

img

29-03-2019 [20:57]


ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib.

Bu barədə "Sputnik” xəbər verib.

"Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, – deyə fransalı həmsədr qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA