Nazirlər, icra başçısı... - Baş nazir komissiyanın tərkibini təsdiqlədi + SİYAHI

img

29-03-2019 [13:51]


Baş nazir Novruz Məmmədov "Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar komissiyanın tərkibini təsdiqləyib. 

Mia.az xəbər verir ki, bununla da aşağıdakı tərkibdə yeni komissiya yaradılıb: 

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA