Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

29-03-2019 [13:47]


Bakıda və Abşeron yarımadasında martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA