Dillər Universitetinə yeni prorektor təyin olundu

img

29-03-2019 [11:49]


Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olunub.

Mia.az AzEdu.az-a istinadənxəbər verir ki, rektor Kamal Abdulla tarix elmləri namizədi, dosent Tamam Cəfərovanı Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektor təyin edib. Məlumatı ali məktəbdən təsdiqləyiblər.

Təyinat bu gün Elmi Şuranın qərarı ilə rəsmi təsdiqini tapacaq.

Xatırladaq ki, Tamam Cəfərova 1957-ci il 5 aprel tarixində Bakıda anadan olub.

1966-1976-ci illərdə Bakı şəhər 180 saylı orta məktəbi qızıl medalla bitirib. 1976-1981-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2006-cı ildən Mərkəzi Seçki Komissiyasının üzvü, Parlamentdə azlıqda olan partiyaların təmsilçisidir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA