29-03-2019 [11:09]
Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən almasından danışıb.
Mia.az xəbər verir ki, N.Axundova məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib:
"Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi? O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir. Dünənki prosesi hakim Əsəd Mirzəliyev aparırdı. Məhkəmədə onlar hər şeyin hüquq və qanun çərçivəsində həll olunmağına tərəfdar olduqlarını bildirdilər. Hətta çıxışlarına qeyd edirdilər ki, yalnız hüquqdan və qanundan danışaq. Əlavə heç bir rəy deməməyimizi tələb edirdilər.
Hakim Əsəd Mirzəliyev dəfələrlə vurğulayırdı ki, haqqımızda məlumat materialda var. Bunu deməyə ehtiyac yoxdur. Dedim ki, anlamıram, mənzilin mənim pulumla tikildiyini vurğulamalı deyiləm? Bunu demək sizi narahat edirmi? Yəni, bir sözlə, məhkəməyə girəndə hər şey bəlli idi. Bizi dinləməməyə, söz verməməyə çalışırdılar. İsfəndiyarın vəkili Ramiq Axundov bizə qarşı çox böyük hörmətsizlik etdi. Dedi ki, şəhid ailəsinin məhkəməyə və onlara heç bir aidiyyatı yoxdur.
Mən ona sual verdim ki, siz bunu hamının, Ali Məhkəmənin qarşısında utanmadan, çəkinmədən deyirsiniz? Bəs, bu məhkəmədən, xalqdan, dövlətdən ötrü bu gün məhkəmə fəaliyyət göstərsin, qanun yerinə yetirilsin deyə mənim yoldaşım kimi oğlan gedib canından keçib. Dedi ki, bəli, mən öz sözümün üstündə dururam. Bu çox böyük hörmətsizlikdir. O, Şərurlu İsfəndiyarın mövqeyini bildirirdi”.
N. Axundova vurğulayıb ki, dövlətdən, ya da Şərurlu İsfəndiyardan artıq heç nə istəmir:
"Pul verdiyimiz evi istəyirik. Onu da İsfəndiyar bizə vermir. Çünki o evin ikiqat pulunu bizdən istəyib. Biz 53 min pul ödəmişdik, 11 min borcumuz qalmışdı. Əvvəl bizdən 100 min, sonra 53 min pul istədi. Biz isə razılaşmamışıq. Bina təhvil veriləndən sonra, sakinlərdən ikiqat pul istədi. 76 ailə onunla razılaşdı. Kim ki razılaşdı müqaviləni yeniləyib kupçanı payladı. Kim ki, onun istədiyi məbləği vermədi, onları məhkəmələrdə süründürməyə başladı. İndi biz Ali Məhkəmədə kassasiya şikayətinə bir müraciəti də əlavə etmişdik ki, eyni vəziyyətdə olan vətəndaş Məhkəməyə müraciət edərək Şərurlu İsfəndiyarı udub. İsfəndiyar vətəndaşı Apellyasiya Məhkəməsinə verib. Yenidən həmin sakin Ali Məhkəməyə verib, Ali Məhkəmə vətəndaşın tərəfində durub. Ancaq bizim situasiyada Ali Məhkəmə Apellyasiyanın qərarını qüvvədə saxladı. Halbuki eyni şirkət, eyni bina, eyni müqavilədən söhbət gedir. Bizdə isə müqaviləni bəhanə etdilər. Dedilər ki, guya müqaviləniz saxtadır. O zaman siz bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apellyasiya Məhkəməsinin verdiyi qərarı ləğv etmisiniz və vətəndaşın xeyrinə qərar çıxarmısınız. Onda belə çıxır ki, özünüz özünüzü təkzib edirsiniz?!. İkincisi, İsfəndiyarla razılaşan 76 ailəyə həmin müqavilə ilə "kupça” verilib. Necə olur ki, onda o müqavilə saxta olmadı?!
Başqa yerdə bu cür iri inşaat şirkətləri şəhid ailələrinə mənzillərin açarlarını özləri verirlər ki, biz milyonlar qazanırıq, oğullarımız isti evin içində oturub əsgərliyə də getmirlər. Amma sizin həyat yoldaşınız, ya oğlunuz gedib şəhid olub, canından keçib. Ancaq bunlar bizim özümüzkünə sahiblənirlər”.
Qeyd edək ki, N.Axundova iki il əvvəl 45 saylı məktəbə direktor təyin olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi