Bakının bu ərazilərində sabah qaz olmayacaq - "Azəriqaz"dan xəbərdarlıq

img

28-03-2019 [22:01]


Bakının Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Mia.az "Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 millimetrlik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 millimetrlik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar martın 29-da saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonunun Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA