İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb

img

28-03-2019 [18:05]


"Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

"Martın 29-da saat 10:00-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərər çəkmiş vətəndaşlarla görüş keçiriləcək. Hər bir vətəndaşla fərdi qaydada dəymiş ziyanla bağlı müzakirələr aparılacaq”, - deyə nazir müavini bildirib/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA