"İrşad Electronics" jurnalistin iddialarına cavab verdi, fotolar yaydı

img

28-03-2019 [17:46]


Jurnalist Natiq Muxtarlının "İrşad Electronics"ə yönəlik ittihamlarına cavab verilib.

Xatırladaq ki, jurnalist adıçəkilən şirkəti zəmanətlə aldığı və 3 ay sonra xarab olan telefonu təmir etməkdən yayınmaqdan imtina edib. 

Bildirib ki, zəmanətlə aldığı telefonda 3 aydan sonra problem yaranıb: "Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək".

Jurnalist daha sonra şirkəti dələduzluqda ittiham edib.

Bu barədə Mia.az-da xəbər gedəndən sonra qarşı tərəf iddialara rəsmi cavab göndərib.

Həmin cavabı olduğu kimi təqdim edirik:

""İrşad Electronics" artıq 20 ildir ki, fəaliyyət göstərməkdədir və bu müddət ərzində öz keyfiyyəti və xidməti ilə xüsusi etibar qazanmışdır, bir çox sosial layihələrin təşkilində iştirak etmişdir. 20 illik təcrübəyə, etibara malik şirkətin dələduzluq etməyə və bununla hansısa xeyir güdməyə qəti ehtiyacı yoxdur. 

Bu halda biz bir müxbirin telefonunu özünün zədələdiyini ona sübut etdikləri üçün onun öz xidməti vəzifəsindən sui-istifadə edərək bunu saytlarda "dələduzluq" adlandırmağa çalışdığının şahidi oluruq. Eyni zamanda İrşad Electronics şirkəti telefonun qəbulu zamanı onun hansı vəziyyətdə olması haqqında foto dəlillərə və bağlanılan akta sahibdir. Bu aktı fayl şəklində sizlərə çatdırırıq".

Şirkət daha sonra zəmanətə niyə əməl edilmədiyini belə açıqlayıb:

"Zəmanətin ləğv olunmasına dair akt

Müştəri müraciəti №000100365

Cihazın qəbul olunma tarixi 08 / 03 / 2019

Cihazın alış tarixi 26 / 11 / 2018

Müştəri: Muxtarova Xanımqız İskəndər

Model: SONY XA1 DS White (G3112)

İMEİ: 357441084 992127

İddia olunan qüsur:

ekranda sarı ləkə əmələ gəlib

Zəmanətin ləğv olunmasının səbəbi:

Cihazda mexaniki və fiziki zədələr aşkar olunub. Cihaz deformasiyaya uğrayıb. Cihaz əyridi. Zəmanət öhdəlikləri qeyd olunan hallara şamil edilmir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA