28-03-2019 [15:08]
"Vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərin borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır. Bu qədər yükə dövlət dözməz".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır, bank sistemi riskləri hesablaya, sığorta sistemi riskləri sığortalaya, yanğın təhlükəsiziliyi öz sahəsinə aid riskləri görə, vergi sistemi şəffaf dövriyyə yarada bilmir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkməsin: "Bu qədər "sistem" sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq havaya vaxt itkisidir. Sistem islahatlarına ehtiyac var. Kabinetlərdə qəbul edilən qərarlara deyil, ortaq ağıla söykənən, cəmiyyətin bütün kəsimlərinin prosesdə iştirakına zəmanət verən, onların rəyini və ehtiyaclarını nəzərə alan mexanizmin çalışmasına ehtiyac var. Əks halda, heç bir dövlət bu qədər yükə tab gətirməz".
İqtisadçı bildirir ki, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimiz çox qazanardı: "Bizim vəziyyətimiz indi təxminən belədir: ata (bizim reallıqda neft) nəhəng pullar qazanır, amma övlad bu pulları dəbdəbəli mənzillərə, avtomobilə xərcləyir. Amma onları da ya yandırır, ya da daşa-divara çırpıb yenilərini alır".
Ekspert deyir ki, bu sözləri ilə insanlara çətin vəziyyətdə əl uzatmağın əleyhinə deyil, sadəcə, SOS-dur: "Heç olmazsa, bundan sonra sistemin düzgün çalışmasına nail olmaq üçün SOS. Mən sadəcə dövlətin səmərəsiz çalışmasından doğan narahatlığımı ifadə edirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi