28-03-2019 [14:39]
Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a verilən məlumata görə, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.
Müraciətdə deyilir:
"O Bir Olan Yaradanın adı ilə!
Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, Müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağlasığmaz cinayətlərlə müşayiət olunmuş bəşəri cinayətin – soyqırımının növbəti ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.
Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında "qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daim narahat edir.
Erməni millətçilərinin xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan” dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kvadrat kilometr olan Azərbaycan ərazisi erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kvadrat kilometrə qədər azalmış, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunmuşdur. XIX əsrin birinci rübündə bölgəmizdə gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqları ikiyə bölündü, Qarabağ, Zəngəzur və digər ərazilərimizə ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi başladı, burada etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. 1920-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikasının monoetnikliyi təmin olundu.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 250 mindən artıq azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə açıqlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın azərbaycanlıların soyqırımı günü elan edilməsi, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnmişdir.
Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırımı əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırımı qurbanı kimi təqdim edən erməni ekstremistləri, digər xalqa qarşı həyata keçirdikləri gerçək soyqırımı cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır!
Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır.
Biz dövlətlərarası və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almamışdır. Baxmayaraq ki, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamlarla bir sırada dayanır. Müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!
Biz, din xadimləri, dini icma rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun!
AMİN!”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi