Türkiyədə dağda köməksiz qalan azərbaycanlı tələbə xilas edilib

img

28-03-2019 [14:13]


Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib.

"Report” "Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə - Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib.

Onların səhhətinin yaxşı olduğu bildirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA