Sumqayıtda zavodda parlayış - Açıqlama

img

27-03-2019 [22:36]


Sumqayıtda poladəritmə sexində partlayış olub.

Mia.az-ın report-a istinadən məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

*** 

Mia.az xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətinin rəsmisi Eyvaz Qocayev isə bildirib ki, Sumqayıt şəhərində heç bir partlayış hadisəsi baş verməyib. 
"Hadisə 4-5 gün əvvəl Metaləritmə sexində iş prosesi zamanı ehtiyatsızlıqdan yanıq xəsarəti alanlar olub. 5 nəfər xəsarət almışfı, onlardan 4-ü evə buraxılıb. 1 nəfərin vəziyyəti ağır olduğundan Bakıya xəstəxanaya göndərilib" - deyə İH yetkilisi əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA