"Yola vermək məsələsi heç zaman olmayacaq” - İcra başçısı

img

27-03-2019 [20:02]


Bu gün Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri "Diqlas” TM-də malları yanan sahibkarları qəbul edib. 

Görüş zamanı şikayətlər dinlənilib. İcra başçısı Arif Qasımov qeyd edib ki, "Diqlas”dakı yanğınla bağlı araşdırmalardan sonra yekun qərar veriləcək:

"Sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Biz sizi müdafiə edəcəyik. İstintaqla bağlı gedişat izlənəcək və məlumat veriləcək. Bu ərəfədə hüquqlarınızın tapdalanmamasına zəmanət veririk. Lakin pulunuza görə dövlət sizə zəmanət verə bilmir, çünki araşdırmalar gedir. Bu dəqiqə sizə pul verəcəyimizlə bağlı nəsə deyə bilmirəm”.

İcra baçısı sahibkarların  "Bizi yola verməyin” sözlərini belə cavablandırıb:

"Tələbləriniz qəbul olundu və yola vermək məsələsi heç zaman olmayacaq”.

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA