"Bir çöp də çıxara bilmədim, 35 min manatlıq malım yandı" - Xanım ticarətçi ağladı + VİDEO

img

27-03-2019 [19:38]


"35 min manatlıq malım yanıb. Evdə çörək pulum yoxdur”. 

Mia.az xəbər verir ki, bu sözləri bakupost.az-ın kamerasına gözyaşlarına boğularaq danışan xanımın ötən gün külə dönən "Diqlas” Ticarət Mərkəzində mağazası yanıb.

Ağlamaqdan danışmaqda çətinlik çəkən sahibkar qadın deyir ki, işə gəlib çatanda yanğının gücləndiyini görüblər: "Bir çöp də çıxara bilmədim. 35 min manatlıq malım yandı içəridə. Hələ təzə vurduğum malları saymıram”.

Xanım bildirib ki, mallarının sığortası da olmayb: "Bizdən özləri vergi üçün pul yığırdılar. Ancaq VOEN-imiz olmadığı üçün sığorta etdirə bilmirdik. Sahibkar qarşımıza çıxmalıdır, haqqımızı ödəməlidir”."35 min manatlıq malım yanıb. Evdə çörək pulum yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA