BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi? - Ekspertdən haqlı sual

img

27-03-2019 [16:00]


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakı Nəqliyyat Agentliyinin Nəqiyyatın İntellektual İdarəetmə Sistemininfəaliyyətini tənqid edib. 

Mia.az forum prezidentinin fikirlərini təqdim edir: "Dünən ATV –nin Aktual proqramında Bakı şəhərində nəqliyyat problemləri, o cümlədən ictimai nəqliyyat problemləri müzakirə olunubmuş. Əsasən bir neçə gün öncə, sərnişindaşımada istifadə olunan avtobuslara və taksilərə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara verilən tələblərlə bağlı NK qərarı müzakirə edilib. Ümumən faydalı bir veriliş idi və xeyli faydalı məlumatlar da səsləndirilib. Amma, baxıram ki, təxminən bir saatlıq verilişdə BNA rəsmisi Mayis Ağayev bir dəfə də olsun Nəqliyyatın İntellektual İdarəetməsi haqqında danışmayıb. Məəttəl qalıram. Təkrar edirəm, ümumiyyətlə, bircə dəfə də olsa bu ifadəni işlətməyib".

Görəsən BNA bu nəhəng infrastrukturu necə idarə etməyi düşünür ?
2019-02-23-13-09-58osman-gunduz-esas.jpg (600×399)
Daha sonra O.Gündüz bunları əlavə edib: "Ümumiyyətlə, BNA-nın fəaliyyətinə diqqət etdikdə görmək olar ki, həm qurumun özünün fəaliyyətində, həm də onun təklifi və təşəbbüsü ilə qəbul edilən rəsmi sənədlərdə bu terminlərdən, intellektual idarəetmə sistemindən, bütövlükdə NİİM-dən uzaqlaşmaq meylləri hiss olunur.
Düzü, anlamıram nə baş verir. BNA bu sistemdən imtina edibmi? Əgər edibsə, hansı idarəetmə təklif olunur?
Əgər imtina edibsə, onda Nəqliyyatın İntellektual İdarəetməsi üçün son iki ildə ayrılan 29 milyon manat vəsait hara yönəlib? Qabaqcadan bildirim ki, mənim avtomobilim hansısa parklama qaydalarının pozulmasına görə cərimələnməyib.Qeyd edim ki, BNA tərəfindən nəqliyyat problemlərinin həlli istqamətində müəyyən addımların atıldığını da müşahidə edirik. Bu yazıda söhbət konkret Nəqliyyatın İntellektual İdarəetmə sistemindən gedir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA