Azərbaycanda körpə zəncirbəndin başlığını uddu - FOTO

img

27-03-2019 [15:00]


Azərbaycanda 5 aylıq körpə zəncirbəndin başlığını udub.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Salyanda 5 aylıq Sevinc Məmmədova zəncirbəndin üzərində olan ulduz formalı qıfıllıcanı ağzına götürüb. Bu zaman udduğu qıfıllıca onun tənəffüs yolunda ilişərək qalıb. Çarəsiz durumda olan azyaşlının valideynləri onu paytaxtda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Cərrah Allahverdi Musayev körpəni əməliyyat edərək onun tənəffüs yolunda qalan qıfıllacı çıxarıb. Hazırda Sevinc Məmmədovanın vəziyyəti stabildir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA