Məhərrəm Əliyevlə bağlı iddialara qardaşından sərt cavab: "Onun namusu sual altındadır"

img

27-03-2019 [14:17]


"Bakının Nizami rayonu ərazisində yanan "Diqlas” Ticarət Mərkəzi ilə böyük qardaşım Məhərrəm Əliyevin hər hansı bir əlaqəsi yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri deputat Adil Əliyev deyib.

Onun sözlərinə görə, Məhərrəm Əliyevin heç bir ticarətlə bağlı obyektlərə birbaşa, yaxud dolayı bağlılığı yoxdur: "O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun Ticarət Mərkəzinin adı "Ramal”dı. O da əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər "Diqlas”,  istərsə də " Ramal”,  özlərinin sağlığına qismət olsun".

Deputat daha sonra deyib ki,  kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA