Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə

img

27-03-2019 [11:55]


Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Mia.az-a verilən məlumata görə, namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-dək) "İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 5 binada təşkil olunacaq. Saat 1045-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA