FHN-in rəisindən “Diqlas” rəhbərliyinə - Ağır ittiham

img

26-03-2019 [16:07]


"Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır".

MİA.az "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, hazırda yanğının səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.

Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb:

"Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA