26-03-2019 [13:52]
Prezidentin sabiq köməkçisi Eldar Namazov Əli İnsanova siyasi dəstək verəcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edilir ki, E. Namazov İnsanova yaxınlığı ilə seçilən şəxs olub. Onun rəhbərliyi altında fəaliyyət göstərmiş "Yeni Siyasət” (YeS) blokundan deputatlığa namizədliyi irəli sürülmüş bir neçə tanınmış şəxsin də Əli İnsanov tərəfdarları arasında danışıqlar apardığı deyilir.
Məsələ ilə bağlı Eldar Namazov "Yeni Sabah”a açıqlama verib.
O bildirib ki, Əli İnsanov hazırda bir sıra görüşlər keçirir:
"Mən Əli İnsanov və həbsdə olan başqa tanınmış adamların, fəalların azadlığa çıxması üçün dəfələrlə müraciətlər etmişəm. Şadam ki, onların böyük bir qismi artıq azadlıqdadırlar. Əli İnsanovu bizim ailəmiz keçən əsrin 70-ci illərindən tanıyır. Onunla uzun sürən şəxsi tanışlığımız var və münasibətlər məhz insani əlaqələr üzərində qurulub. Əli İnsanov 14 il cəmiyyətdən tədric olunduqdan sonra azadlığa çıxdı, mən də gözaydınlığı vermişəm, onunla görüşmüşəm də. Bildiyimə görə Əli müəllim bir müddət müxtəlif görüşlər keçirəcək. Həm uzun müddət görmədiyi ailə üzvləri, həm də ictimai-siyasi xadimlərlə. Onu görmək istəyənlər çoxdur, İnsanov da çoxları ilə görüşmək istəyir. Yəqin hansısa siyasi qərarların verilməsi prosesi xeyli müddət davam edəcək”.
E.Namazov qeyd edib ki, Əli İnsanovla bağlı mətbuat orqanları müxtəlif versiyalar irəli sürürlər:
"Fərqli insanların adları hallanır, partiyalardan, hərəkatlardan danışılır və.s. Bilmirəm bunu kimlərsə sifarişləmi edir yoxsa bu, ənənə xarakteri daşıyır. Təəssüf ki, Azərbaycan mətbuatı güman edilən məsələləri fakt kimi qələmə verir. Ölkə daxilində və xaricində gedən prosesə aydınlıq gətiriləndən, görüşlər bitəndən sonra yəqin ki, Əli İnsanovun planları formalaşa bilər. Şəxsən mən güman etmirəm ki, İnsanovun partiya rəhbəri olmaq arzusu olsun. O, ağsaqqal adamdır, akademikdir. Onun partiya sədri işinə meyillənməsi ağlabatan deyil. Bu, mənim şəxsi qənaətimdir. Yəqin, Əli müəllim görüşlər keçirəndən sonra hansı qərarlara gələcəyini cəmiyyətə elan edəcək. Medianın marağı kifayət qədər böyük olsa da, bir az dözümlü olmaq lazımdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi