Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

img

26-03-2019 [10:40]


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

MİA.az REAL-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Görüşmartın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA