Əli İnsanov Şəhidlər Xiyabanında - Fotolar

img

25-03-2019 [14:35]


Prezident İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq səhiyyə naziri Əli İnsanov bu gün Şəhidlər Xiyabanını ziyarət edib.

Sabiq nazir bir neçə nəfər yaxını ilə ziyarəti gerçəkləşdirib, əbədi məşəlin önünə əklil qoyub.

Xatırladaq ki, Ə.İnsanov dünən də keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun məzarını ziyarət etmişdi.

Onun Heydər Əliyevin məzarını ziyarət edib-etməyəcəyi isə maraqla gözlənilir. YAP-ın icra katibi Əli Əhmədov bir neçə gün əvvəl sabiq partiyadaşına bununla bağlı çağırış etmişdi.

AzPolitika.info

Əli İnsanov Şəhidlər Xiyabanında - Fotolar

Əli İnsanov Şəhidlər Xiyabanında - Fotolar



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA