19-03-2019 [14:31]
"Həqiqətən də universitetlərə qəbul zamanı rus bölmələri üzrə keçid balları Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağıdır. İlk öncə, bunu ayrı-seçkilik kimi qiymətləndirmək lazımdır. Çünki keçid balları arasında azı 200-250 bal fərq olur”.
MİA.az xəbər verir ki, bunu "Hüriyyət”ə müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, bu səbəbdən də rus bölməsi üzrə sənəd verən şəxslərin ali məktəblərə daxil olma şansları daha yüksəkdir:
"Sonra da deyirlər ki, rus sektorunda yaxşı təhsil verdikləri üçün universitetə daha çox adam qəbul olur.Axı, rus dilində təhsil alan uşaqlar min illik tariximizi, keçmişimizi necə biləcəklər? Heç olmasa, ərəb dilində öyrət ki, həm "Quran"ı oxusun, həm İslam mədəniyyətinin ortaya qoyduğu əsərlərdən bəhrələnə bilsin, həm də lazım olsa dünyanın 35 dövlətində gedib işləmək imkanı əldə etsin. Rus dili hardasa 16-17-ci əsrdən sonra formalaşmağa başlayıb. Axı bu dil bizə nə verə bilər? Heç nə. Rus dilində olan ilk şifahi ədəbiyyat "İqor polku dastanı"dır. Azərbaycanda isə ona qədər minlərlə yazılı ədəbiyyat olub. Belə olan halda, necə olur ki, rus dili Azərbaycan dilindən daha üstün olur?!FETÖ-nün Türkiyədə apardığı siyasəti Təhsil Nazirliyi bu gün Azərbaycanda aparmaq istəyir. Belə FETÖ Türkiyədə məktəblərdə ilkin seçimlər aparıb istedadlı, ağıllı uşaqları seçib onları öz məktəblərinə cəlb edirdilər.İntellektual səviyyəsi nisbətən aşağı olan uşaqlar isə digər məktəblərdə təhsil alırdılar. Sonradan da belə çıxırdı ki, FETÖ-nün məktəblərində oxuyan uşaqlar digərlərinə nisbətən daha böyük göstəricilər ortaya qoyur. Halbuki ilkin seçimə görə, elə ən istedadlı, zəkalı uşaqları FETÖ öz məktəblərinə aparırdı. İndi də Təhsil Nazirliyi bir sənəd hazırlayıb deyir ki, rus bölmələrinə gələnlərin sayı çox olduğuna görə biz seçim edəcəyik. Yəni seleksiya edəcəklər, FETÖ kimi Azərbaycan xalqının ən intellektual uşaqlarını seçim rus bölmələrinə götürəcəklər. İntellektual imkanları nisbətən məhdud olan uşaqlar isə milli məktəblərdə qalacaq. Beləliklə də sabah yüksək göstərici əldə olunduqda deyəcəklər ki, görürsünüz, biz demişdik ki, rus dilində təhsil daha üstündür.
Halbuki artıq seçim zamanı daha istedadlı uşaqlar rus bölmələrin götürülüb. Bundan başqa, məhz bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı rusbaş olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək. Azərbaycanda istər çar vaxtı, istər sovet zamanında, istərsə də indi müəyyən nəsillər var ki, ardıcıl olaraq xəyanət yolu tutaraq ruslara xidmət edib. Bu gün onların nəvələri Azərbaycanın müstəqilliyinin əleyhinə çıxış edib Rusiyaya xidmət edirlər.Baxmayaraq ki, Rusiyada rejimlər dəyişib, lakin Azərbaycandakı həmin xain nəsillərin düşüncəsi hələ də dəyişməyib. Onlar bu gün də öz xalqına xəyanət yolunu tutublar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi