19-03-2019 [13:09]
"Prezident İlham Əliyevin guya Prezident Donald Trampa yanlış məlumat verməsi barədə iddiaların heç bir əsası yoxdur".
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə irəli sürülən iddialarla bağlı AZƏRTAC-a açıqlama verib.
Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə "The Washington Post" qəzetində çalışan jurnalist Bob Woodwardın "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tam yalan və saxtadır.
Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib. Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia "fake” informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil.
Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir. Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı "qara piar” kampaniyası aparan və "fake” xəbərlər üzrə ixtisaslaşmış "The Washington Post” nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi