Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşları artırılır - 2475 manat olacaq

img

18-03-2019 [14:37]


Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.

Bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Dəyişiklik layihəsi parlamentin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclis sədrinin əmək haqqı 2475 manatdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA