14-03-2019 [17:36]
Prezident İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.
Mia.az xəbər verir ki, Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
O qeyd edib ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələr olduğunu və birgə uğurlu layihələrin həyata keçirdiyini vurğulayıb. Dövlət başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin iki ölkəni bir-birinə daha da yaxınlaşdıracağını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələri həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlət başçısı iki ölkə arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da deyib.
Monteneqro Prezidenti qeyd edib ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirib.
Görüşdə həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi