Maliyyə Nazirliyində qaynar xətt yaradılıb - Problemli kreditlərlə bağlı

img

14-03-2019 [11:57]


"Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulmuş bütün işlər həyata keçirilir, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır". 

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib. 

"Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”, - nazir qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA