Bakıda VII Qlobal Forum keçirilir

img

14-03-2019 [10:37]


Bu gün Bakıda "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Forum keçirilir.

Martın 16-na kimi davam edəcək forumda 450-dən çox qonaq iştirak edəcək.

Forumun bu gün keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç və Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir. Həmçinin İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniyanın baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quttereşin forum iştirkçılarına müraciətinin səsələndirilməsi nəzərdə tutulub.

3 gün ərzində forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA