14-03-2019 [10:26]
Nazirlər Kabineti "Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib.
Nazirlər Kabineti yeni peşə standartlarının təsdiqlənməsi ilə əlaqədar "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli qəranını ləğv edib.
Dövlət standartları peşə təhsilinin məzmununu, idarə olunmasını, peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, peşə təhsilinin infrastrukturunu, peşə təhsilində təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
Dövlət standartları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur.Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur. Dövlət standartları 5 ildən bir yenilənir.
Yeni standartlarda peşə təhsilinin məzmunu da indiyə qədər qüvvədə olmuş ilk peşə-ixtisas təhsili pilləsinin dövlət standatları ilə müqayisədə daha genişdir. Beləliklə, peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, "ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların aşağıdakı modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir:
- ana dilində ünsiyyət:
- ana dilinin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;
- peşəkar şifahi ünsiyyət qurmaq;
- peşəkar yazılı ünsiyyət qurmaq;
- xarici dildə ünsiyyət:
- xarici dilin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;
- xarici dildə şifahi peşəkar ünsiyyət qurmaq;
- xarici dildə yazılı peşəkar ünsiyyət qurmaq;
- hesablama əməliyyatlarını yerinə yetirmə:
- məsələlərin həllində riyazi düşüncə nümayiş etdirmək;
-müvafiq hesablamalar aparmaq;
- qrafik və cədvəllər hazırlamaq və istifadə etmək;
- təsviri statistikadan istifadə etmək;
- informasiya texnologiyaları:
- məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək;
- müvafiq sosial media vasitələrindən istifadə etmək;
- rəqəmsal məzmun hazırlamaq;
- informasiya kommunikasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etmək;
- peşə etikası:
- peşəkarlıq prinsiplərinə riayət etmək;
- vaxtdan səmərəli istifadə etmək;
- qrup daxilində səmərəli işləmək;
- iş yerində davranış qaydalarını təhlil etmək;
- sahibkarlıq:
- sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək;
- biznes plan hazırlamaq;
- ideyaların həyata keçirilməsi haqqında məlumat vermək;
- şəxsi inkişaf və karyera planlaşdırılması:
- normativ hüquqi şənədlərdən istifadə etmək;
- karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək;
- ölkədə və dünyada baş verən siyasi, ictimai və iqtisadi prosesləri şərh etmək;
- təbiətin və ətraf mühitin qorunması prinsiplərini təhlil etmək;
- estetika və mədəni özünüifadə:
- Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin əsas əsərlərini öyrənmək;
- dünya incəsənət nümunələrini və məşhur mədəniyyət və incəsənət xadimlərinin əsərlərini öyrənmək;
- kreativlik və estetika anlayışlarını təhlil edərək onlardan istifadə etmək;
- etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etmək.
Peşə təhsilinin məzmunu müvafiq peşə standartları və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq ixtisasın kvalifikasiya standartları əsasında formalaşdırılır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu nümunəvi kurikulum vasitəsilə tədris edilir. Peşə təhsili müəssisələrində ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edən müvafiq kursların təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu kurikulumlar vasitəsilə həyata keçirilir.
Peşə təhsilinin infrastrukturuna dair tələblərə ilk peşə-ixtisas təhsili pilləsindənf ərqli olaraq əlilliyi olan şəxslərin inklüziv təhsilinin təşkili də daxil edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi