Sosial Adaptasiya Mərkəzində neçə işçi olacaq? - Hökumət təsdiqlədi

img

14-03-2019 [10:13]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi müəyyən edilib.

Mia.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Mərkəzin strukturu isə inzibati idarəetmə heyəti, Sosial reabilitasiyanın təşkili, Təsərrüfat və xidmət şöbələrindən ibarət olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA